Filippo İnzaqi: "Əgər bilsəm ki, problem məndədir, dərhal istefa verərərm"

13:55 - 25 Yanvar 2015

"Dəhşətli oyun idi"

 

İtaliya A seriyasının XX turunda keçirilən "Latsio" - "Milan" (3:1) matçından sonra qonaq komandanın baş məşqçisi Filippo İnzaqi maraqlı açıqlama verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İnzaqi problemin oyunçuların hazırlığında olduğunu bildirərək bunları qeyd edib:

 

"Dəhşətli oyun alındı. "Latsio"nun təzyiqlərinə dözə bilmədik. Çalışmaq lazımdır ki, bundan sonra keçirəcəyimiz matçlarda daha da diqətli olaq.  Düşünürəm ki, problem oyunçuların hazırlığındadır. Belə ki, bir çox futbolçu zədələrdən sonra tam formaya düşə bilməyiblər. Əgər bilsəm ki, problem məndədir, dərhal istefa ərizəmi yazıb komandanı tərk edərəm."

Xəbər xətti