"Real"ın sabiq hücumçusu 5 ildən sonra yenidən yaşıl meydanlarda FOTO

11:50 - 26 Yanvar 2015

Karyerasını bərpa edib

 

İspaniya millisinin sabiq hücumçusu Fernando Moryentes futbola geri dönüb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq "Real"lı futbolçu 5 ildən sonra yenidən yaşıl meydanlarda görünüb. Belə ki, Moryentes İspaniyanın aşağı liqa komandalarından olan “Santa-Ana” ilə anlaşıb. Hətta dünən debüt matçını da keçirib. 45 dəqiqə oynamaq imkanı qazanan təcrübəli forvard qol vura bilməyib.

 

Qeyd edək ki, karyerası ərzində “Real”dan əlavə, “Albasete”, “Saraqosa”, “Monako”, “Liverpul”, “Valensiya” və “Marsel” klublarının da formasını geyinən Moryentes 2010-cu ildə karyerasını bitirmişdi. 

Xəbər xətti