"Bakı"dan ayrılan futbolçu rəsmən Yunanıstan klubunda

12:15 - 26 Yanvar 2015

Yeni klub tapıb

 

"Bakı"dan ayrılan Risto Ristoviç Yunanıstan klubu ilə razılığa gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ristoviç "Larisa" ilə müqaviləyə imza atıb. Klub həmçinin,, fransalı Dani N`Quessan və braziliyalı Eliomar Korreya Silva ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Risto Ristoviç 2013-cü ilin yanvarından "Bakı"da çıхış edən 26 yaşlı yarımmüdafiəçi ölkəmizdə 51 oyunda 5 qol vurub. O, əvvəllər Serbiyanın "Makva", OFK, "Vuyiç", "Banat" və "Novi Pazar" klublarında çıхış edib. 

Xəbər xətti