Asiya kubokunda ilk finalçı müəyyənləşdi

17:10 - 26 Yanvar 2015

Cənubi Koreya finalda rəqibini gözləyir
 
Futbol üzrə Asiya kubokunun ilk finalçısı bəlli olub.
 
Sportal.az xəbər verir ki, ilk yarımfinal görüşündə Cənubi Koreya və İraq yığmaları qarşılaşıb.
 
Cənubi Koreya millisi rəqibini 2:0 hesabı ilə məğlub edib və finala yüksələn ilk komanda olub.
 
Qeyd edək ki, digər finalçı sabah keçiriləcək Avstraliya - Birləşmiş Ərəb Əmirlikləri görüşündən sonra müəyyənləşəcək.
 

26 yanvar

Asiya kuboku, yarımfinal oyunu

 

Cənubi Koreya - İraq - 2:0
Qollar:
 Li Junq-Hyup, Kim Yunq-Kvon (2:0)

27 yanvar 

13:00. Avstraliya - Birləşmiş Ərəb Əmirlikləri

Xəbər xətti