"Simurq" Murad Səttarlı ilə yollarını rəsmən ayırdı

15:25 - 27 Yanvar 2015

48 oyunluq karyera

 

"Simurq" gənc futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. 2012/13-cü il mövsümündə icarə əsasında komandamızda forma geyinən Murad, ötən ilin əvvəlində "Qarabağ"dan transfer olunmuşdu.

 

Ümumilikdə, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb.

Xəbər xətti