Avropa çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

17:00 - 27 Yanvar 2015

"Avro-2017" Polşada
 
2017-ci ildə 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir Polşada keçiriləcək.
 
"Avro-2017"nin seçmə mərhələsinin oyunları 23 mart 2015-ci il tarixindən 11 oktyabr 2016-cı ilə qədər davam edəcək. Pley-off mərhələsinin oyunları isə 7-15 noyabr 2016-cı il tarixlərində baş tutacaq.

Xəbər xətti