"Real"dan ingilis futbolçuya 35 milyon avro

17:40 - 27 Yanvar 2015

Sterlinq İspaniya yolunda
 
Madridin "Real" klubu "Liverpul"un gənc futbolçusu Rahim Sterlinqi transfer etmək niyyətindədir. 
 
Sportal.az "Daily Express"ə istinadən xəbər verir ki, klub hücumçuya görə İngiltərə təmsilçisinə 35 milyon avro təklif edəcək. 
 
20 yaşlı futbolçunun komandası ilə 2018- ci ilə qədər müqaviləsi mövcuddur. Ancaq Sterlinq "Liverpul"un yeni müqavilə təklifini rədd edib

Xəbər xətti