Vaqif Cavadov debüt matçında dubl etdi

10:25 - 28 Yanvar 2015

Yoxlama matçı

 

Türkiyənin "Boluspor" klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, millimizin oyunçusu Vaqif Cavadovu yenicə sıralarına qatan PTT 1-ci liqa təmsilçisi U-21 komandası ilə qarşılaşıb.

 

Oyun əsas komandanın 5:2 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə meydana çıxan Vaqif dubla imza atmaqla diqqət mərkəzinə düşüb.

 

Qeyd edək ki, "Boluspor"u bazar günü növbəti tur çərçivəsində Vaqifin sabiq klubu "Qaziantep BB" ilə oyun gözləyir. İstisna deyil ki, Cavadov "Boluspor"da məhz sabiq komandası ilə görüşdə debüt etsin.

Xəbər xətti