"İnter"in futbolçusu "Simurq"da

17:25 - 28 Yanvar 2015

9 nömrəli forma ilə

 

"Simurq" transfer çalışmalarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün daha bir futbolçu ilə müqavilə imzalanıb.

Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi, "9" nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, "Simurq" transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcəyi bildirilir.

Xəbər xətti