Ufuk Budak 45 dəqiqə oynadı, komandası məğlub oldu

11:10 - 29 Yanvar 2015

Kubok matçı

 

Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.

 

Sözügedən komanda "Tuzlaspor"un qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk 46-cı dəqiqədə meydana çıхıb.

 

Qeyd edək ki, "Qaziantep BB" hazırda 1 xalla qrup sonuncusudur.

Xəbər xətti