"Çelsi" "Mançester Siti" ilə matça itkilərlə çıxacaq

17:00 - 29 Yanvar 2015

Komanda əsas futbolçularından istifadə edə bilməyəcək
 
İngiltərənin "Çelsi" klubu ciddi itkilərə məruz qalıb.
 
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçuları Sesk Fabreqas və Felipe Luis  İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə qarşılaşmada iştirak etməyəcək.
 
S.Fabreqas İngiltərə Liqa kubokunda "Liverpula"la matçda zədələndiyi üçün, F.Luis isə səhhətindəki problemə görə "Mançester Siti" ilə görüşü buraxacaq.
 
Qeyd edək ki, "Çelsi" - "Mançester Siti" oyunu yanvarın 31-i Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.

Xəbər xətti