Kuadrado "Çelsi"də debüt matçını "Mançester Siti"yə qarşı keçirəcək?

12:40 - 30 Yanvar 2015

Həftə sonu tibbi müayinədən keçəcək

 

"Fiorentina"nın kolumbiyalı yarımmüdafiəçisi Xuan Kuadrado karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, şənbə günü tibbi müayinə üçün İngiltərəyə gələcək Kuadrado bu həftə keçiriləcək "Çelsi" - "Mançester Siti" matçında debüt edə bilməyəcək.

 

Qeyd edək ki, debüt matçı fevralın 7-də keçirilən "Aston Villa" ilə oyunda planlaşdırılan 26 yaşlı futbolçu bu mövsüm A Seriyada keçirdiyi 17 matçda 4 qol və 4 asistlə yadda qalıb.

Xəbər xətti