"Keretaro"nun baş məşqçisi: "Ronaldinyo mənimlə birgə idman zalında məşq edir"

13:50 - 30 Yanvar 2015

"Onun qaçmaqdan xoşu gəlmir"

 

Dünya ulduzu Ronaldinyonun çıxış etdiyi Meksikanın "Keretaro" klubunun baş məşqçisi Roberto Bassaqaistequy maraqlı fikirlər səsləndirib.

 

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş məşqçi öz açıqlamasında bunları qeyd edib:

 

"Mən onu qaçmağa məcbur edə bilmərəm, çünki onun bundan xoşu gəlmir. Ronaldinyo mənimlə birgə idman zalında məşq edir. Bəzi elementlər var ki, üzərində çalışır. Amma onu da qeyd edim ki, məşq prosesində xoşuna gəlmədiyi məqamlar da var."

Xəbər xətti