"Xəzər Lənkəran"la oyun öncəsi "Simurq"da ciddi itki

11:45 - 1 Fevral 2015

Komanda "Xəzər Lənkəran"la oyunun hazırlıqlarını tamamladı
 
2014/15-ci il mövsümünün qış fasiləsindən sonra ilk oynuna çıxacaq "Simurq" Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Xəzər Lənkəran"ı qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qaralar" qarşılaşmanın hazırlıqlarını tamamlayaraq, istirahətə çəkilib. 
 
Son çalışmada yalnız ayağında ağrılar hiss edən Əli Gökdəmir iştirak etməyib. Klubun yeni transferi Cihan Özkara isə heyətdə ilk məşqinə çıxıb. Hazırlığa qaçış və isinmə hərəkətləri ilə başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynanılıb. Daha sonra ikitərəfli oyun keçirilib. Məşqin sonunda cinahlardan asmaların qapanması və qapıya zərbələr yerinə yetirilib. 
 
Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" qarşılaşması bu gün saat 17:00-da Zaqatala şəhər stadionunda start götürəcək.

Xəbər xətti