"Bakı" xoşagəlməz hadisə ilə bağlı bəyanat yaydı

15:50 - 2 Fevral 2015

"Bu hadisə yolverilməzdir"

 

"Bakı" klubu Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Bakı” – “Qəbələ” matçından (0:2) sonra yaşanan xoşagəlməz hadisə ilə bağlı bəyanat yayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında yaşanan mübahisə ilə bağlı yayılan bəyanatda deyilir:

 

"Azarkeşlər və futbolçular arasında münasibətlərin bu həttə çatması yol verilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik.

Hər birimizin bir məqsədi olmalıdır – Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşmək və əlimizdən gələni əsirgəməmək".

Xəbər xətti