Məlikov 90 dəqiqə oynadı, 7 qol vuruldu

00:34 - 3 Fevral 2015

Həmyerlimizin komandası məğlub oldu
 
Türkiyə PTT 1-ci liqasında 18-ci turun növbəti oyunları keçirilib.
 
Sportal.az хəbər verir ki, həmyerlimiz Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
 
Məlikovun komandası öz meydanında "Adana Dəmirspor"u qəbul edib. Oyun qonaq komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Məlikov start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.Qeyd edək ki, "Dənizlispor" 17 хalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti