20 ildən sonra "Mançester Yunayted"i tərk etdi

18:20 - 3 Fevral 2015

Fletçer "Vest Bromviç"də
 
"Mançester Yunayted"in yetirməsi olan Darren Fletçer 20 ildən sonra komandadan ayrıldı.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Vest Bromviç"ə transfer olunub. Klubun rəsmi saytında yer alan xəbərə görə İngiltərə təmsilçisi yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki,  "Mançester Yunayted" forması ilə 347 matça çıxan Darren Fletçer 24 qol vurub və 27 məhsuldar ötürmə verib.

Xəbər xətti