Premyer Liqada baş məşqçi istefası

00:55 - 4 Fevral 2015

Rednapp: "Qərara aldım ki, bu postu tərk edim"
 
İngiltərə Premyer Liqasının autsayderi KPR-in baş məşqçisi Harri Rednapp istefa verib.
 
Sportal.az xəbər verir ki, buna səbəb təcrübəli mütəxəssisin səhhətindəki problem olub. 67 yaşlı çalışdırıcı özü də bu haqda açıqlama verib:
 
"Dizim təcili əməliyyat olunmalıdı. Bununla əlaqədar mən komandanı bir neçə həftə çalışdıra bilmərəm. Ona görə qərara aldım ki, bu postu tərk edim".
 
Komandanın XXIV turun "Southempton"a qarşı matça Les Ferdinand və Kris Remzi çıxaracaq. Əvvəl isə xəbər verilirdi ki, Rednapp rəhbərliyin onun istədiyi oyunçuları transfer eləmədiyi üçün komandanı tərk edə bilər. KPR İngiltərə Premyer Liqasında XXIII turdan sonra 18 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti