FİFA Ben Arfanın oynamasına icazə vermədi, karyerasını bitirəcək?

16:40 - 4 Fevral 2015

Klubla olan müqavilə ləğv edildi

 

"Nyukasl"dan ayrıldıqdan sonra Fransa Liqasıda mübarizə aparan "Nitsa" ilə razılığa gələn Xatem Ben Arfanın müqaviləsi ləğv edilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, mövsümün ilk yarısını ""Hall Siti"də icarə əsasında oynayan 27 yaşlı futbolçu daha sonra "Nyukasl"ın 21 yaşlılarında rəsmi matça çıxdığı üçün FİFA onun "Nitsa"da forma geyinə bilməyəcəyini bildirib. Belə ki, FİFA-nın qaydalarına əsasən futbolçu bir mövsümdə 3 başqa klubun formasını geyinə bilməz.

 

Qeyd edək ki, Ben Arfa bu qərardan sonra karyerasını bitirmək istəmədiyini və yeni mövsümə hazırlaşdığını dilə gətirdi.

Xəbər xətti