Premyer Liqada yeni baş məşqçi

01:04 - 5 Fevral 2015

QPR-i kim çalışdıracaq?
 
İngiltərə Premyer Liqa klublarından olan "Kvins Park Reyncers"in (QPR) yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanı Les Ferdinand çalışdıracaq.
 
O, səhhətindəki problem səbəbindən baş məşqçi vəzifəsindən istefa verən Hari Rednapı əvəzləyib. Rednapın ardından köməkçiləri Qlen Hoddl və Joe Yordan da komandadan ayrılıb.
 
Qeyd edək ki, QPR Premyer Liqada geridə qalan 23 turdan sonra 19 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 

Xəbər xətti