Cerrard Amerikada da 8 nömrəni seçdi FOTO

14:20 - 6 Fevral 2015

Debüt oyununu Kaliforniya derbisi olacaq

 

Xəbər verdiyimiz kimi "Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard mövsümün sonunda komandadan ayrılacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Los-Anceles Qalaksi" komandası ilə razılığa gələn Cerrard "Liverpul"da olduğu kimi 8 nömrə altında çıxış edəcək.

 

Qeyd edək ki, 34 yaşlı futbolçu debüt matçını iyulun 17-də Kaliforniya derbisi sayılan "Los-Anceles Qalaksi" - "San-Xose Ertkueiks" oyununda  keçirəcəyi gözlənilir.

Xəbər xətti