Həmyerlimiz "Dnepr" - "Olimpiakos" matçına təyinat aldı

16:40 - 6 Fevral 2015

Orxan Hüseynzadə UEFA Avropa Liqasında
 
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. 
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının 1/32 final mərhələsində keçiriləcək "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
 
Qeyd edək ki, matç fevralın 19-da Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda baş tutacaq.

Xəbər xətti