Samarasın yeni komandası müəyyənləşdi FOTO

17:40 - 6 Fevral 2015

Futbolçu Səudiyyə Ərəbistanda
 
İngiltərənin “Vest Bromviç” klubundan ayrılan Georgios Samarasın yeni komandası bəlli olub.
 
Sportal.az xəbər verir ki, hücumçu rəsmən Səudiyyə Ərəbistanın "Əl-Hilal” klubuna transfer olunub. 29 yaşlı futbolçu komanda ilə 2 illik müqavilə imzalyıb. Yunanıstan millisinin üzvü yeni klubunda 77 nömrəli forma ilə çıxış edəcək.
 
Qeyd edək ki, 2008-ci ildən Şotlandiya “Seltik”ində top qovan Samaras ötən ilin avqustunda İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç”ə keçib. 6 ay ərzində 5 oyunda meydana çıxan Georgios rəqib qapılarına yol tapa bilməyib.

Xəbər xətti