"Çelsi" sabahkı oyuna ciddi itki ilə çıxacaq

18:05 - 6 Fevral 2015

Fabreqas iki həftə sonra komandaya qoşulacaq
 
İngiltərənin "Çelsi" klubunun aparıcı futbolçularından sayılan Sesk Fabreqas yaşıl meydanlardan bir müddət də kənarda qalacaq.
 
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Liqa kubokunda "Liverpula"la matçda zədələnən yarımmüdafiəçi zədəsini sağaltmayıb.
 
Fabreqas İngiltərə Premyer Liqasının 24-cü turunda "Aston Villa" ilə qarşılaşmada iştirak etməyəcək.
 
Qeyd edək ki, "Aston Villa" - "Çelsi" matçı sabah Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Xəbər xətti