"Arsenal"da ciddi itki

19:45 - 6 Fevral 2015

Sançes "Tottenhem"lə görüşdə iştirak etməyəcək
 
İngiltərənin "Arsenal" klubu ciddi itkiyə məruz qalıb.
 
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı hücumçusu Aleksis Sançes zədə səbəbindən İngiltərə Premyer Liqasında "Tottenhem" ilə matçda iştirak etməyəcək.
 
Qeyd edək ki, "Tottenhem" - "Arsenal" oyunu sabah Bakı vaxtı ilə saat 16:45 də başlayacaq.

Xəbər xətti