Arsen Venqerdən maraqlı təklif: "Qış transfer pəncərəsi ləğv edilsin"

15:05 - 7 Fevral 2015

"Futbolçu oktyabrda meydana çıxmayanda..."

 

"Arsenal" klubunun təcrübəli baş məşqçisi Arsen Venqer qış transfer pəncərəsinin lazımsız olduğunu bildirərək gündəmə düşüb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Venqer öz açıqlamasında bunları qeyd edib:

 

"Avropada bu ilki qədər passiv bir transfer pəncərəsi olmamışdı. Təbii ki, burada finansal fair play qaydalarının rolu da oldu. Bu hal bir daha təsdiqləyir ki, qış transfer pəncərəsi ləğv olunsun. Gəlin, sezonun sonuna qədər eyni heyətlə mübarizə aparaq. Mənim belə düşünməyimin daha bir səbəbi isə odur ki, hər hansı bir futbolçu oktyabrda meydana çıxa bilmirsə, artıq yanvarda komandadan göndəriləcəyi qərarına gəlir və ruh düşkünlüyü yaranır."

Xəbər xətti