Ekvatorial Qvineya medalsız qaldı

16:30 - 8 Fevral 2015

Afrika Millətlər Kuboku
 
Dünən Afrika Millətlər Kubokunda 3-cü yerin sahibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, 3-cü yer uğrunda matçda ev sahibi Ekvatorial Qvineya və Konqo Demokratik Respublikası qarşılaşıb.
 
Əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən oyunun penaltilər seriyasında konqolular sevinib - 4:2.
 
Afrikanın ən güclüsünün adına bu gün keçiriləcək Qana - Fil Dişi Sahili oyunundan sonra aydınlıq gələcək.
 
7 fevral
 
3-cü yer uğrunda oyun
 
Ekvatorial Qvineya - Konqo DR 0:0 pen-2:4.
 

Xəbər xətti