"Bakı" bəyanat yaydı - Borcumuz yoxdu

16:45 - 8 Fevral 2015

Klubdan Qolf Federasiyasının ittihamına cavab
 
“Bakı” klubu bu gün rəsmi açıqlama yayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada Azərbaycan Qolf Federasiyasının nümayəndəsinin açıqlamasına münasibət bildirilib.
 
“Dünən "Futbol plyus" qəzetində Azərbaycan Qolf Federasiyasının ictimai əlaqələr üzrə meneceri Ülviyyə Ələsgərovanın açıqlaması dərc edilib.
 
Açıqlamada deyilir ki, “Bakı” Futbol Klubunun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə borcu üzündən təlim-məşq bazasının suyu kəsilib.
 
“Bakı” Futbol Klubu bəyan edir ki, klubun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur və bunu təsdiq edən sənəd də mövcuddur” – deyə açıqlama bildirilib.

Xəbər xətti