"Bakı" rəsmisi: "Həmin adda futbolçu düşərgəyə qatılmayıb"

00:34 - 9 Fevral 2015

Tural Nərimanov haqda qərar hələ də verilməyib
 
Son günlər mətbuatda "Bakı"nın ötən mövsümü AZAL-da keçirən Tural Nərimanov və "Simurq"un əvəzedici heyətində forma geyinən Tapdıq Əliyevi heyətinə qatdığı barədə xəbərlər yayılıb.
 
Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov Sportal.az-a açıqlamasında aydınlıq gətirib. O, bildirib ki. Tural Nərimanov hazırda baxışdadır və onun haqda son qərar verilməyib, Tapdıq Əliyev adlı futbolçu isə ümumiyyətlə komandanın düşərgəsinə qoşulmayıb.

Xəbər xətti