Arsenalın hücumçusu sağaldı

17:50 - 9 Fevral 2015

Sançes yaşıl meydanlara qayıdır
 
İngiltərənin "Arsenal" klubunun aparıcı futbolçularından sayılan Aleksis Sançes zədəsini tam olaraq sağaldıb.
 
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, çilili hücumçu İngiltərə Premyer Liqasının növbəti turunda "Lester"lə matçda iştirak edə bilər.
 
Qeyd edək ki, A.Sançes zədə səbəbindən "Aston Villa" və "Tottenhem"lə oyunu buraxıb.

Xəbər xətti