"Simurq"un yeni transferi sıradan çıxdı

18:30 - 10 Fevral 2015

Zaqatala klubunda ciddi itki
 
Topaz Premyer Liqasının XXI turunda “Qəbələ” ilə qarşılaşan “Simurq” ciddi itkiyə məruz qalıb.
 
Sportal.az xəbər verir ki, Zaqatala klubunun yeni transferi Xuan Alberto Alvarado xəsarət alıb.
 
İspaniyalı müdafiəçi matçın 2-ci dəqiqəsində meydanın mərkəzində gedən mübarizə zamanı zədələnib. 31 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və Adam Banaşla əvəzlənib. 
 
Qeyd edək ki, Xuan Alvarado “Simurq”a ötən ay Yunanıstanın “Erqotelis” klubundan keçib.

Xəbər xətti