"Sumqayıt"la matç öncəsi "Bakı" üçün sevindirici xəbər, baş məşqçi şans verərsə...

00:01 - 11 Fevral 2015

XXI turda iştirak edə bilər

 

Premyer Liqanın XXI turunda "Sumqayıt"ı qəbul edən "Bakı"nın heyətində daha bir futbolçu zədəsini sağaldıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, daha öncə kiprli müdafiəçi Georgios Pelagrisin matçda iştirak etməcəyi deyilsə də, dünən keçirilən məşqdə iştirak etməsi zədəsini sağaldaraq komandaya qoşulmasından xəbər verir. Baş məşqçinin şans verəcəyi təqdirdə Pelagris "Sumqayıt"la matçda forma geyinə bilər.

 

Qeyd edək ki, "Bakı" - "Sumqayıt" matçı bu gün saat 14:00-da start götürəcək.

Xəbər xətti