De Yonq "Milan"ı tərk etmək istəmir

12:15 - 14 Fevral 2015

Daha 1 il komandada qalacaq

 

"Milan"ın təcrübəli hollandiyalı yarımmüdafiəçisi Naydcel De Yonq komanda ilə olan müqaviləsini daha 1 il artıracaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted"lə adı hallanan 30 yaşlı futbolçu "Milan"ı tərk etmək niyyətində deyil.

 

Qeyd edək ki, bu mövsüm "Milan"ın heyətində 16 matçda forma geyinən De Yonq 3 qola imza atıb.

Xəbər xətti