Pavel Nedved: "Poqba "Yuventus"u tərk etməyəcək"

12:45 - 14 Fevral 2015

"O, burada xoşbəxtdir"

 

"Yuventus"un idman direktoru Pavel Nedved son vaxtlar Pol Poqbanın komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə  son qoyub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Yuventus"un da sabiq futbolçusu olan Nedved öz açıqlamasında bunları qeyd edib:

 

"Son vaxtlar, Poqbanın komandadan ayrılacağı ilə bağlı şayiələr yayılsa da, reallığı əks etdirmir. Poqba burada xoşbəxtdir və komandadan ayrılmaq fikri də yoxdur."

Xəbər xətti