"Portu" "Beşiktaş"ın müdafiəçisini istəyir

15:00 - 14 Fevral 2015

Pedro Franko Portuqaliya yolunda
 
Portuqaliyanın "Portu" klubu heyətinə yeni futbolçu cəlb etmək istəyir. 
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda "Beşiktaş"ın gənc futbolçusu Pedro Frankonu transfer etmək niyyətindədir. 
 
"Portu" kolumbiyalı futbolçuya görə 4 milyon avro təklif edib. Ancaq İstanbul nəhəngi müdafiəçiyə görə 6 milyon avro tələb edir. 
 
Qeyd edək ki, Pedro Franko "Beşiktaş"a 2.5 milyon avro qarşılığında "Millonarias"dan transfer olunub.

Xəbər xətti