"Simurq"un zədəlisi martın sonlarında yaşıl meydanlara qayıdacaq

00:06 - 15 Fevral 2015

Gökdemir Almaniyaya gedib
 
Zaqatalanın "Simurq" komandasının futbolçusu Əli Gökdəmirin zədəli olduğu barədə sizə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, oyunçu artıq əməliyyat üçün dünən Almaniyaya yola düşüb. Qeyd edək ki, Gökdəmirin diz bağlarında qopma olduğundan o meydana çıxa bilmirdi. Gökdemir 1 həftə ərzində yenidən Azərbaycana qayıdacaq. O, yaşıl meydanlara yalnız mart ayının son həftəsində çıxa biləcək.

Xəbər xətti