"Simurq"u bu il avrokuboklarda görəcəksiniz"

20:30 - 15 Fevral 2015

"Bir xal da bizi qane edirdi"
 
Premyer Liqanın XXII turunda "Qarabağ”ın qonağı olan "Simurq” 1-0 hesabı ilə məğlub oldu.
 
"Simurq"un futbolçusu Tural Axundov Sportal.az-a açıqlamasında oyun haqqında bunları söyləyib:
 
"Biz bütün oyunlar kimi bu oyuna da qələbə üçün çıxmışdıq. Ancaq bir xal da bizi qane edirdi. Yaxşı oyun sərgilədik. Qarşıdakı oyunlara da qələbə üçün çıxacağıq. Avrokuboklarda çıxış etmək istəyirik. "Simurq"u bu il avrokuboklarda görəcəksiniz. Komandaya yeni cəlb olunan futbolçular da çox çalışırlar." 

Xəbər xətti