"Simurq"da "Sumqayıt"la matç öncəsi ciddi itki

13:14 - 16 Fevral 2015

Stanoyeviç bu matçı buraxmalı olacaq
 
"Simurq" "Sumqayıt"la oyuna tam heyətlə çıхmayaхaq.
 
Sportal.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze XXIII turun oyununda Marko Stanoyeviçin хidmətindən yararlana bilməyəcək.  Belə ki, serb yarımmüdafiəçi sarı vərəqə limitini doldurub. "Qarabağ"la oyunun 63-cü dəqiqəsində sistematik qayda pozuntusuna görə sarı vərəqə alan Stanoyeviç cəzalı duruma düşüb. Bu səbəbdən o, "Sumqayıt"la oyunu kənardan izləyəcək. Qeyd edək ki, Stanoyeviç bu mövsüm "Xəzər Lənkəran", "İnter" və "Neftçi" ilə oyunlarda sarı vərəqə alıb.

Xəbər xətti