ÇL-də 1/8 final həyəcanı: Qarşılaşmaları necə izləyək?

11:22 - 17 Fevral 2015

Hər iki oyun canlı yayımda
 
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
 
Sportal.az xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.
 
Son Fransa çempionu PSJ öz meydanında "Çelsi"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq. Günün digər qarşılaşması Ukraynada keçiriləcək. Burada yerli "Şaxtyor" klubu Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkəcək. Bu matçın start fiti Bakı vaxtı ilə 23:45-də veriləcək və İdman Azərbaycan televiziyası ilə canlı yayımlanacaq.
 
 
Çempionlar Liqası 
23:45 PSJ - Çelsi / AzTV , NTV (Türkiyə) , Star (Türkiyə)  , NTV Plus Futbol1 
23:45 Şaxtyor -  Bavariya / İdman Azərbaycan 

Xəbər xətti