Vüqar Bəybalayev: "... o siyahıda mənim də adım olardı"

17:10 - 17 Fevral 2015

"Ondan öyrənəcəyim çox şey var"

 

"Bakı"nın gənc müdafiəçisi Vüqar Bəybalayev millinin fevralın 20-dən 26-na qədər Antalayada keçəcəyi toplanışa dəvət ala bilməməməsi barəfə fikirlərini bölüşüb.

 

Sportal.az-a açıqlamasında Vüqar bunları qeyd edib:

 

"Milliyə layiq olsam, hal-hazırda o siyahıda mənim də adım olardı. O siyahıda olmaq üçün hər kəs kimi çox çalışmaq lazımdı. Düşünürəm ki, nə vaxtsa millidə çıxış edəcəm, lakin bunun geci, tezi var".

 

Azərbaycan futbolunun ikinci Rəşaq Sadıqovu adlandırılmasına da münasibət bildirən perspektivli futbolçu maraqlı məqamlara toxunub:

"Bu barədə nəsə deməyim düz çıxmaz. Əgər oyunumu Rəşaq Sadıqovun oyununa bənzədirlərsə bu mənim üçün sevindirici haldır. Onu da qeyd edim ki, mənim ondan öyrənəcəyim çox şey var."

Xəbər xətti