"Futbol homoseksualların oynadığı bir oyun deyil, kişi oyunudur"

19:00 - 18 Fevral 2015

Kapellodan çox müzakirə ediləcək sözlər

 

Rusiya milli komandasını baş məşqiçisi Fabio Kapello İspaniyada yayımlanan bir idman proqramına bağlanaraq " Atletiko" (Madrid)-in sərt futbol oynadığı tənqidlərinə qarşı çıxaraq "Futbol homoseksualların oynadığı bir oyun deyil kişi oyunudur" dedi.

 

Sportal.az xəbər verir ki, italyan çalışdırıcı "Atletiko Madrid"in, "Real Madrid" və "Barselona" kimi ekstra dəyərlərə sahib bir sıra olmadığınında vurğulayaraq "Bu futbolçular qalib gələ bilmək üçün böyük səy göstərir, futbol bir fiziki oyundur və həmişə belə olmuşdur" sözlərini əlavə edib.

 

"Real Madrid"in heyətinin "Barselona"dan daha üstün olduğunuda deyən Kapello ancaq buna baxmayaraq bu iki komanda arasındakı ən böyük fərqliliyin Katalon klubunun "Real Madrid"dən daha çox komanda oyunu oynamasına bağladı. Bir dövr "Real Madrid"i də çalışdıran Rusiya milli komandasının baş məşqiçisi Fabio Kapello, "Real"ın dünyanınən yaxşı oyunçularını transfer edərək komanda olmağa çalışdığını, buna şəxsiyyət və keyfiyyət əlavə etmədiyiniz zaman transferin uğursuzluq gətirəcəyini bildirib.

 

Fabio Kapello son olaraq həmyerlisi Arrigo Sakkinin böyük mübahisə yaradan "İtalyan futbolunun infrastrukturunda çox sayda zənci futbolçu var" sözlərinə də dəstək verərək "Sakkinin söylədiyinin İtalyan xalqının İtalyan şəxsiyyətini daşıyan futbolçulara ehtiyacı olmasıdır" deyərək öz fikrini bildirib.

Xəbər xətti