"Turan Tovuz"dan 4 transfer

00:13 - 19 Fevral 2015

Komanda transfer çalışmalarını başa vurub
 
"Turan Tovuz" transfer çalışmalarını başa vurub.
 
Sportal.az хəbər verir ki, Tovuz klubu qışda heyətinə 4 yeni futbolçu qatıb.
 
Belə ki, "Turan Tovuz" müdafiəçilər Vüsal Bayımov (Sumqayıt) və Qədir İmanovu (AZAL), yarımmüdafiəçi Ruslan Getmanı və hucumçu Ramil Mansurovu (Neftçala) transfer edib. Artıq yeni transferlərin adı PFL-ə təqdim olunub. 
 
Qeyd edək ki, "Turan Tovuz" qışda baş məşqçisini dəyişib. Badri Kvaratsxeliya ilə yollarını ayıran klub rəhbərliyi son iş yeri "Dənizlispor" olan Səlahəddin Dərvəndi komandanın başına gətirib. Həmçinin qapıçılarla işləyən məşqçi Arçil Qurtskaya ilə də yollar ayrılıb. Onu Əli Əhmədov əvəzləyib.
 
Tovuz klubu fasilədə 4 yoхlama oyunu keçirib. I divizion təmsilçisi "Şəmkir"i 2:0, "Göyəzən"i 1:0 "Kolxi"ni (Gürcüstan), 5:0, "Qaqra"nı (Gürcüstan) 3:1 hesabı ilə yenib.

Xəbər xətti