"Simurq" 1 əksiklə son məşqinə çıxdı

00:24 - 19 Fevral 2015

Komanda oyun saatını gözləyir
 
Premyer Liqanın XXIII turunda doğma arenada "Sumqayıt"ı qonaq etməyə hazırlaşan "Simurq" son məşqini edib.
 
Sportal.az xəbər verir ki, çalışmaları güclü qar altında edən komandanın heyətində yalnız dizindən əməliyyat olunan Ali Gökdəmir iştirak etməyib. Bir saatdan artıq davam edən oyunöncəsi son məşq ənənəvi olaraq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra "kvadrat" və ikitərəfli oyun keçirilib. Hazırlığın sonunda qapıya zərbələr üzərində tapşırıqlar yerinə yetirilib. Bundan sonra futbolçular çalışmaları tamamlayaraq, istirahətə çəkilib.

Xəbər xətti