"Şaxtyor" millimizlə oyun öncəsi qələbə qazandı

14:55 - 20 Fevral 2015

Yoxlama matçı
 
Ukraynanın "Şaxtyor" klubu Türkiyədəki təlim-məşq toplanışına start verib.
 
Sportal.az xəbər verir ki, komanda artıq ilk yoxlama matçına da çıxıb.
 
Donetsk təmsilçisi Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Matç "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Şaxtyor" Antalya toplanışı çərçivəsində Azərbaycan yığması ilə də yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 24-də baş tutacaq.

Xəbər xətti