Nazarov 45 dəqiqə oynadı

18:40 - 21 Fevral 2015

Millimizin üvzü sonradan meydana daxil olub
 
Almaniyanın II Bundesliqasında XXI turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Bohum"u qəbul edib.
 
Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Nazarov fasilədə meydana çıхaraq ikinci yarıda oynayıb.
 
Qeyd edək ki, "Karlsruher" 21 turdan sonra 37 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti