Ruslan Qurbanov debüt edə bilmədi, komandası məğlub oldu

14:35 - 22 Fevral 2015

XXII turun matçı

 

Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, icarə əsasında "Hayduk"a transfer olunan Ruslan Qurbanov səfərdə Zaqreb "Lokomotiv"i ilə qarşılaşmada iştirak ərizəsində belə yer almayıb. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, "Hayduk" hazırda turnir cədvəlində 32 xalla 4-cü pillədə yer alıb.

Xəbər xətti