"Borussiya" ilə oyunöncəsi "Yuventus"a şad xəbər

18:30 - 23 Fevral 2015

Vidal yaşıl meydanlara geri dönür
 
İtaliyanın "Yuventus" klubunun aparıcı futbolçularından sayılan Arturo Vidal zədəsini tam olaraq sağaldıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə başlayıb. 
 
Çilili futbolçu sabah Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sına qarşı matçda iştirak edə biləcək.

Xəbər xətti