"Yuventus"da şok: təcrübəli yarımmüdafiəçi bir aylıq sıradan çıxdı

16:30 - 25 Fevral 2015

Pirlo xəsarət alıb
 
İtaliyanın "Yuventus" klubu ciddi itkiyə məruz qalıb.
 
Sportal.az "Football İtalia"ya istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Andrea Pirlo sıradan çıxıb. 
 
Təcrübəli yarımmüdafiəçi Çemnpionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Borussiya" ilə matçda zədələnib. Pirlonun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 
 
Qeyd edək ki, "Yuventus" - "Borussiya" matçı İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti