Amitsiz "Atletiko" məğlub oldu

14:20 - 26 Fevral 2015

30-cu turun matçı
 
Portuqaliya ikinci liqasında 30-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Amit Quluzadənin şərəfini qoruduğu "Atletiko" da növbəti matçına çıxıb.
 
Komanda doğma meydanda "Benfika B" klubu ilə üz-üzə gəlib.Matç həmyerlimizin klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 30 xalla 21-ci pillədə qərarlaşıb.

Xəbər xətti