Yunanıstanda çempionat dayandırıldı

18:55 - 26 Fevral 2015

"Panatinaykos" - "Olimpiakos" matçında xoşagəlməz hadisə
 
Yunanıstan çempionatının oyunları müvəqqəti olaraq təxirə salınıb.
 
Sportal.az Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb superliqanın 25-ci turunda keçirilən "Panatinaykos" - "Olimpiakos" oyununda baş verən hadisələrdir. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi oyunöncəsi "Panatinaykos" azarkeşləri qonaq komandanın prezidenti Vangelis Marinakisə məşəl atıblar.
 
Daha sonra meydana daxil olan çılğın azarkeşlər "Olimpiakos"un baş məşqçisi Vietro Pereyra və rəqib futbolçuları qovmağa çalışıblar. Futbolda şiddətin qarşısını almağa çalışan Yunanıstan Futbol Federasiyası superliqanın qarşıdakı turlarının təxirə salındığını elan edib. Çempionat oyunlarının nə zaman bərpa ediləcəyi hələlik bəlli deyil. 

Xəbər xətti